Ombudsman aparatının nümayəndələri HDQ-də olublar

Ombudsman aparatının nümayəndələri HDQ-də olublar
  20 Mart 2019    Oxunub:2023
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinın (OMBUDSMAN) birgə tədbirlər planına əsasən Ombudsman aparatının nümayəndələri Hərbi Dəniz Qüvvələrinin hərbi hissələrində olublar.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri Fəzail Həsənov və böyük məsləhətçi Murad Babayev matrosların sosial-məişət şəraiti ilə tanış olaraq yataqxanalara, yeməkxanalara baxış keçirib, ərzaqların saxlanma anbarlarına baş çəkiblər.



Görüşlər zamanı Ombudsman aparatının üzvləri hərbi qulluqçuların hüquqlarının müdafiəsi ilə bağlı mühazirələr oxuyub və hərbi dənizçiləri maraqlandıran sualları cavablandırıblar.



Azvision.az


Teqlər: Ombudsman   HDQ  





Xəbər lenti