Bakı Avtovağzalından 4 gündə 60 minə yaxın sərnişin daşınıb
BBAK-dan Azvision.az –a verilən məlumata görə, 18 mart tarixində ümumilikdə 514 reyslə 14 300 sərnişin yola salınıb, 2100 sərnişin biletləri öncədən əldə edib ( online və qabaqcadan satış kassalarından).
20 mart tarixində, ümumilikdeə 513 reyslə 14 742 sərnişin yola salınıb, biletleri qabaqcadan əldə edən sərnişin sayı isə 3303 nəfərdir.
21 mart tarixində bu saata qədər 6000-ə yaxın sərnişin daşınıb və gün ərzində 13-14 min olması gozlənilir.
Azvision.az