Avtovağzallarda gücləndirilmiş iş rejiminin müddəti uzadılıb
"Paytaxtdan regionlarımıza və xaricə səfər edənlərin üstünlük təşkil etməsi ilə əlaqədar sıxlıq daha çox BBAK-da müşahidə edilib. Paytaxdan daşınan sərnişin sayı bu saata qədər 38542 nəfərdir. Region avtovağzallarımızdan növbəti ən böyük sıxlıq Gəncə, Mingəçevir, Şirvanda müşahidə edilir.
Dövlət Avtomobil Nəqliyyatı Xidməti olaraq sərnişinlərimizdən xahiş edirik ki, hər hansı süni qiymət artımı ilə qarşılaşacağınız təqdirdə 5626758 nomrəsinə məlumat verilsin. Bir daha xatırladım ki, DANX regionlardan paytaxta geri dönən sərnişinlər üçün gücləndirilmuş rejimin müddətini martın 30-na qədər uzadıb".
Azvision.az
Teqlər: DANX