Bakı Avtovağzalından 60 mindən çox sərnişin daşınıb

   Bakı Avtovağzalından 60 mindən çox sərnişin daşınıb
  22 Mart 2019    Oxunub:1708
Novruz bayramı ərəfəsində və bayram günlərində Bakı Beynəlxalq Avtovağzal Kompleksindən ümumilikdə 60 mindən çox sərnişin bölgələrə yola salınıb.
Bakı Beynəlxalq Avtovağzal Kompleksindən verilən məlumata görə, martın 18-də ümumilikdə 514 reyslə 14 min 300 sərnişin yola salınıb. 2100 sərnişin biletləri əvvəlcədən əldə edib (onlayn və qabaqcadan satış kassalarindan).

Martın 19-da ümumilikdə 584 reyslə 17 min 800 sərnişin yola salınıb, qabaqcadan bilet alanların sayı isə 5000 nəfər olub.

Həmçinin martın 20-də ümumilikdə 513 reyslə 14 min 742 sərnişin yola salınıb, biletləri qabaqcadan əldə edən sərnişinlərin sayı 3303 nəfərdir. Martın 21-də isə təxminən 13-14 min nəfər sərnişin daşınıb.

Azvision.az



Teqlər: Avtovağzal   Sərnişin  





Xəbər lenti