Qorxudan özünü binadan atan kişinin vəziyyəti orta-ağırdır
“Bir nəfər kişi özünü hündürlükdən yerə atıb. Xəstə 3 saylı Şəhər Kliniki Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib, diaqnozu bədənin müxtəlif nahiyələrinin əziyidir. Hazırda vəziyyəti orta-ağırdır. Bir nəfər isə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib. Həmin şxəsə tibbi yardım göstərilib, hazırda vəziyyəti yaxşıdır”.
Qeyd edək ki, bu gün səhər saatlarında Bakının Nizami rayonunda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın olub.
Aytən Zəhra
Azvision.az
Teqlər: Səhiyyə-Nazirliyi