Bakının mərkəzi yolunda hərəkət məhdudlaşdırılır

Bakının mərkəzi yolunda hərəkət məhdudlaşdırılır
  10 Aprel 2019    Oxunub:1631
74 yol kəsişməsində nəqliyyat şəraitinin yaxşılaşdırılması işləri çərçivəsində Bülbül prospekti və M.Füzuli küçələrinin kəsişməsində sarı kəsişmə toru nişanlanması təşkil ediləcək.
Bakı Nəqliyyat Agentliyindən Azvision.az -a verilən məlumata görə, bu məqsədlə bu gün axşam saat 23:00-dan sabah səhər saat 06:00-dək qeyd edilən kəsişmədə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Azvision.az



Teqlər: BNA   Yol  





Xəbər lenti