Elinanın ölümünün təfərrüatları araşdırılıb - Nazir qərar verəcək
Qeyd edək ki, 4 aprel tarixində 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyeva özünü məktəbin 3-cü mərtəbəsindən atıb. Məktəbli çanaq sümüyünün sınığı, döş qəfəsinin, ağ ciyərin, yumşaq toxumaların əzilməsi diaqnozu ilə Klinik Tibbi Mərkəzinə yerləşdirilib. İki gün sonra xəstəxanada dünyasını dəyişib. Bakı Şəhəri üzrə Təhsil İdarəsində hadisənin araşdırılması üçün müvafiq komissiya yaradılıb, aprelin 6-da Bakı şəhəri Səbail rayon prokurorluğunda CM-nin 125-ci maddəsi ilə cinayət işi başlanıb.
Aytən Zəhra
Azvision.az
Teqlər: