Bir ildə məhkəmələrdə 62113 işə baxılıb

  Bir ildə məhkəmələrdə 62113 işə baxılıb
  11 Aprel 2019    Oxunub:1651
2018-ci ildə birinci instansiya məhkəmələrində inzibati xətalara dair 62113 işə baxılıb ki, bu da 2017-ci ilin göstəricisindən 10,9 faiz çoxdur.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, onların 61,8 faizi idarəçilik qaydaları, 5,3 faizi mülkiyyət, 4,8 faizi ictimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat, 4,6 faizi yol hərəkəti qaydaları, 4,0 faizi sağlamlıq, 0,9 faizi gömrük qaydaları, 0,8 faizi iqtisadi fəaliyyət qaydaları, 0,6 faizi ticarət qaydaları əleyhinə olan, 2,1 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar, 15,1 faizi isə digər inzibati xətalarla bağlı olub.

2018-ci ildə baxılan işlərin 62,9 faizi üzrə inzibati məsuliyyət tədbiri tətbiq edilib, 28,2 faizinin icraatına xitam verilib, 8,4 faizi üzrə inzibati xəta törətmiş şəxslərin materialları əlavə yoxlanış üçün qaytarılıb, 0,5 faizi üzrə isə materiallar aidiyyəti üzrə göndərilib.

Azvision.az


Teqlər: Ədliyyə   Məhkəmə  





Xəbər lenti