Yanan binadakı 23 ailəyə kirayə pulu verilib - Hər birinə 300 manat

   Yanan binadakı 23 ailəyə kirayə pulu verilib -    Hər birinə 300 manat
  11 Aprel 2019    Oxunub:2095
Bakının Nizami rayonunda məcburi köçkünlərin məskunlaşdığı yataqxana baş vermiş yanğın nəticəsində ziyan dəymiş 23 ailəyə dövlət tərəfindən verilən kirayə pulunun məbləği açıqlanıb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri İbrahim Mirzəyev Azvision.az -a açıqlamasında bildirib ki, 23 ailənin hər birinə 300 manat məbləğində ödəniş edilib.

Qeyd edək ki, yanğın ötən gün yataqxananın üçüncü mərtəbəsində, dəhlizdə baş verib. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən biri azyaşlı olmaqla 2 nəfər xilas edilib, 10 nəfər sakin təxliyə olunub. Hadisə nəticəsində 2 nəfər xəsarət alıb, onlardan birinə hadisə yerində, digərinə xəstəxanada ilkin tibbi yardım göstərilib. Yanğının başvermə səbəbləri Fövqəladə Hallar Nazirliyi tərəfindən araşdırılır, dəymiş ziyan müəyyənləşdirilir. Araşdırmadan sonra yekun rəy veriləcək. Rəy əsasında müvafiq hüquqi addımlar atılacaq.

Aytən Zəhra
Azvision.az



Teqlər: Yanğın   Yataqxana  





Xəbər lenti