İtkin düşən məktəbli bacılar hələ də tapılmayıb

  İtkin düşən məktəbli bacılar hələ də tapılmayıb
  11 Aprel 2019    Oxunub:3404
Gəncədə itkin düşən azyaşlı bacılar hələ də tapılmayıb. Onların axtarışları davam etdirilir.
Bu barədə Azvision.az -a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis leytenantı Eşqin Qasımov bildirib.

Hazırda qızların tapılması istiqamətində işlərin aparıldığını deyən DİN nümayəndəsi ümid edir ki, yaxın günlərdə məktəbli bacıların yerini müəyyən etmək mümkün olacaq.

Qeyd edək ki, bir neçə gün əvvəl Gəncədə 14 və 9 yaşlı iki qız uşağı itkin düşüb. 2005-ci il təvəllüdlü Nipalıyeva Pərvanə Samiddin qızı və bacısı, 2010-cu il təvəllüdlü, 1-ci sinif şagirdi Nipalıyeva Ceyran Samiddin qızı aprelin 5-də səhər saat 08 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıblar.

Qızların anaları ilə mübahisə edərək evdən getdikləri məlum olub. Azyaşlı bacılar bundan əvvəl də bir neçə dəfə evdən qaçıblar.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: DİN   Gəncə   Qız   İtkin  





Xəbər lenti