“Mehriban xanım dedi ki, ölkəyə qayıdın, işlə təmin olunacaqsınız”

  “Mehriban xanım dedi ki, ölkəyə qayıdın, işlə təmin olunacaqsınız”
  11 Aprel 2019    Oxunub:6935
“Dövlətçiliyimizin qısa və zəngin tarixində tələbə qəbulu prosesinin şəffaflığından Azərbaycan gəncinin dövlətə inamı başlayıb. Müxtəlif dövrlərdə idarəetmədə, müxtəlif sahələrdə neqativ hallara qarşı mübarizədə metodlar tətbiq olunub. Məhz tələbə qəbulu prosesinin şəffaflığı uzun illərdir davam edir. Sözsüz ki, burada Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin də yanaşması və rolu olub. İndisə bu proses bütün sahələri əhatə edir. Bütün sahələrdə işə qəbul test üsulu ilə həyata keçirilir və şəffaflıq təmin olunur”
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında Gənclər Fondunun 2018-ci ildəki fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deputat Əli Hüseynli deyib.

“Dövlət qulluğunda yüzlərlə vakant işlər mövcuddur, eyni zamanda yüzlərlə gənc mütəxəssis iş axtarır. Çox maraqlıdır. Rəqəmin bu qədər böyük olduğunu təsəvvür edə bilməzdim. 2006-cı ildə Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Azərbaycan parlamentinin nümayəndə heyəti ABŞ-da səfərdə idi. Mehriban Əliyeva orada təhsil alan azərbaycanlı gənclərlə görüş keçirdi, onlara dedi ki, ölkəyə qayıdın, işlə təmin olunacaqsınız. Həmin tələbələrin böyük əksəriyyəti bildirdi ki, ölkəyə gəlirik, amma iş tapa bilməyib, geri qayıdırıq. Mehriban xanımın belə ideyası oldu ki, xüsusi bir bank, kadr reyesteri yaradılsın” – deyə deputat qeyd edib.

Ə.Hüseynli vurğulayıb ki, dövlət qurumları istedadlı gəncləri işə dəvət etməkdə maraqlı olmalıdır.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Əli-Hüseynli   Milli-Məclis  





Xəbər lenti