Nazir Ağdaşda ailə təsərrüfatlarına baş çəkdi - FOTO
Proqram iştirakçıları göstərilən yüksək qayğıya, həmçinin aztəminatlı ailələrin kiçik biznesə sahib olmaları üçün yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər. Onlar öz təsərrüfatlarını inkişaf etdirmək əzmində olduqlarını vurğulayıblar.
Ağdaş rayonunda ötən il 66 nəfər işsiz və işaxtaran şəxs özünüməşğulluq proqramına cəlb edilərək, verilmiş aktivlər (mal və materiallar) hesabına kiçik ailə təsərrüfatlarını yaradıb. Onlardan 12 nəfəri əlilliyi olan şəxs, 3 nəfəri sağlamlıq imkanları məhdud uşaqları olan valideyn, 3 nəfəri müharibə veteranı, 2 nəfəri məcburi köçkün, 12 nəfəri gəncdir. Digər vətəndaşlar isə əsasən çoxuşaqllı ailələri olan vətəndaşlardır. Yaradılan təsərrüfatlardan böyük hissəsi heyvandarlıq üzrədir, qalanları isə istehsal və xidmət sahələri kimi formalaşıb.
Azvision.az
Teqlər: ƏƏSMN Nazir Sahil-Babayev