Vilayət Eyvazov Qubada qəbul keçirəcək

Vilayət Eyvazov Qubada qəbul keçirəcək
  12 Aprel 2019    Oxunub:6623
Azərbaycan Respublikasının daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazov 2019-cu il aprel ayının 20-də Quba Rayon Polis Şöbəsində Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının sakinlərini qəbul edəcəkdir.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, vətəndaşlar daxili işlər orqanları əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər. Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti