Mühacir biznesi Müsavatı qarışdırdı - Satqın davasının gizlinləri

  17 Aprel 2019    Oxunub : 6901
 Mühacir biznesi Müsavatı qarışdırdı - Satqın davasının gizlinləri
Müsavat partiyasında mühacir biznesindən əldə olunan gəlirlərin başqan Arif Hacılı və onun ətrafındakı şəxslər tərəfindən mənimsənilməsi partiya daxilində yeni qarşıdurmaya səbəb olub.
Azvision.az xəbər verir ki, bu barədə partiyanın Divan üzvü Yadigar Sadıqlı sosial şəbəkədə yazıb. Bildirib ki, Müsavatın qapalı qrupunda onu satqın çıxarmaqla məşğuldurlar.

Müsavat Partiyası üzvlərinin qapalı qrupunda başqan Arif Hacılının xeyir-duası ilə məni satqın, öyrədilmiş, Müsavatı parçalayan elan etmək uğrunda yarış gedir. Kimlərin etdiyini soruşmayın, əksəriyyətini heç tanımazsınız, profillərində hakimiyyət əleyhinə söz tapmazsınız”.



Y.Sadıqlı nə üçün partiyada satqın çıxarıldığını açıqlamasa da, yazılan şərhlərdən məlum olur ki, Müsavatdakı qalmaqala səbəb saxta mühacir biznesi, daha dəqiq desək, çirkli pulların mənimsənilməsidir.

Xatırladaq ki, bir müddət əvvəl Sadıqlı partiya başqanlığına namizədliyini irəli sürüb və böyük çoxluq - sabiq müavinlər Elman Fəttah, Tofiq Yaqublu, o cümlədən əksər Divan üzvləri onu dəstəkləyiblər. Məhz bundan sonra iki tərəf arasında mübahisələr qızışıb. Nəticədə, Y.Sadıqlı Hacılının saxta biznes şəbəkəsini daxildən ifşa etməyə başlayıb.



Arif Hacılı 72 saxta diplomu Almaniyada 36 min avroya satıb - FOTOFAKT

Əvvəlcə başqanın Avropa səfərində 72 diplomun hər birinin 500 avroya satılması aşkar edildi. Buna cavab olaraq Hacılı tərəfindən Sadıqlının partiyanın Salyan təşkilatının sədri kimi göstərildiyi xasiyyətnamə dövriyyəyə buraxıldı. Bundan sonra münasibətlər daha da kəskinləşdi.



Y.Sadıqlının statusuna yazılan şərhlərdən aydın olur ki, yeni qalmaqal əvvəlkilərin davamıdır. Hətta sıravi üzvlər də artıq Hacılının idarəetməsindən narazıdır və bunu açıq şəkildə deməkdən çəkinmirlər.



Sadıqlının “linç” edilməsində Hacılı tərəfdarlarının da öz arqumentləri var. Başqan tərəfdarı Elman Quliyev adlı müsavatçı yazıb: “Müzakirə sizin son məclisdə söyüş söyməyiniz, başqa bir partiya üzvünu vurmaq istəməyiniz, partiya üzvləri tərəfindən təəssüflə qarşılanıb. Əksəriyyət sizin bu hərəkətlərinizi pisləyib deyə, növbəti səhvi edib günahkar olduğunuz mövzuda bu məsələni ictimailəşdirməyinizdir. Ən azından izləyici olaraq qənaətim budur”.



Görünən odur ki, olduqca zəifləmiş və gücdən düşmüş Müsavatda Arif Hacılının rəhbərliyi çox çəkməyəcək. Partiya üzvlərinin onun yarıtmaz fəaliyyətindən narazılığı getdikcə artır və yaşanan son qalmaqal isə Müsavatın yenidən parçalanmasını daha da sürətləndirir.






Elvin Abdulqədirov
Azvision.az

Teqlər: Müsavat   Partiya