Bakı metrosunun 3 aylıq gəliri - 16,6 milyon manat

Bakı metrosunun 3 aylıq gəliri -  16,6 milyon manat
  23 Aprel 2019    Oxunub:3040
Cari ilin yanvar-mart aylarında 55,6 milyon nəfər metrodan istifadə edib.

Dövlət Statistika Komitəsindən Azvision.az -a bildirilib ki, üç ayda metro nəqliyyatının xidmətindən istifadə edən sərnişinlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz azalıb.
Qeyd edək ki, Bakı metrosunda 3 ayda gediş haqqından əldə edilən gəlir 16 milyon 680 min manatdan çoxdur.

Azvision.az


Teqlər: Metro   Manat   Gəlir  





Xəbər lenti