Tağıyevin heykəli üçün yeni təklif olunan yerlər

  Tağıyevin heykəli üçün yeni təklif olunan yerlər
  25 Aprel 2019    Oxunub:7323
"Hacı Zeynalabdin Tağıyevin heykəlinə yerin seçilməsi ilə böyük bir kollektiv məşğul olur"

Bu barədə Azvision.az -a Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov məlumat verib. O bildirib ki, hələlik yerin seçilməsi barədə məlumat yoxdur.
“İcra hakimiyyətinin nümayəndələri, Memarlar İttifaqı, Mədəniyyət Nazirliyi və aidiyyatı qurumlar yerin seçilməsi ilə məşğuldurlar. Bir sıra memarlar öz təkliflərini veriblər. Yer seçimi barədə son olaraq Memarlar İttfaqı tərəfindən təklif veriləcək”.

İ.Kərimov qeyd edib ki, heykəlin qoyulması üçün bir sıra yerlər təklif olunub: “Bəhram Bağırzadə Kukla Teatrının qarşındakı parkda heykəlin qoyulmasını istəyir. Bundan əlavə, Qız Qalasının yanındakı parkda, Qoşa Qala qapısının qarşısında, “Sovetski”də yaradılan parkda və ya evinin qarşısında heykəlin qoyulmasını istəyənlər var. Yekun qərar verildikdən sonra ictimaiyyətə açıqlanacaq”.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadə ölkə başçısı İlham Əliyevin mədəniyyət xadimləri ilə görüşdə Hacı Zeynalabdin Tağıyevə Bakıda heykəl qoyulması məsələsini gündəmə gətirmişdi.

Aytən Zəhra
Azvision.az



Teqlər: Tağıyev   Heykəl  





Xəbər lenti