Bu yollarda rənglənmə işləri aparılır

Bu yollarda rənglənmə işləri aparılır
  14 May 2019    Oxunub:1612
Bakının Sabunçu və Yasamal rayonlarında avtomobil yollarının rənglənməsinə başlanılıb.
Bu barədə Azvision.az -a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakı şəhəri, Sabunçu rayonu Yavər Əliyev və Asif Əsədullayev küçələrində axşam saatlarınadək, Yasamal rayonu İnşaatçılar prospekti, həmçinin İzmir və Bakıxanov küçələrində isə axşam saat 22:00-dan səhər saatlarınadək üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

Sürücülərdən göstərilən saatlarda sözügedən yollda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Azvision.az


Teqlər: Yol   Təmir  





Xəbər lenti