YAP nazirliklə birgə tədbirlər həyata keçirəcək
Bu gün YAP-ın 740 min nəfər üzvü olduğunu deyən Əli Əhmədov bildirib ki, partiyada xeyli sayda Azərbaycanın tanınmış mədəniyyət işçiləri təmsil olunur və YAP bütövlükdə cəmiyyətin bütün təbəqələri arasında nüfuz qazanan bir təşkilatdır.
İcra katibi vurğulayıb ki, YAP Mədəniyyət Nazirliyi ilə birlikdə tədbirlər həyata keçirəcək. Bununla bağlı Mədəniyyət naziri Əbülfəs Qarayevlə danışıqlar aparılıb: “Tədbirlərin bir hissəsi “Nəsimi ilİ” ilə bağlıdır. YAP-ın üzvü olan gənc müğənnilərin konsertləri nəzərdə tutulur. Həmçinin nazirliklə birgə teatr və muzeylərdə görüşlərin keçirilməsi nəzərdə tutulur”.
AzVision.az
Teqlər: YAP ƏliƏhmədov