Zelenski İlham Əliyevə təşəkkür etdi

   Zelenski İlham Əliyevə təşəkkür etdi
  20 May 2019    Oxunub:4300
Xəbər verdiyimiz kimi, mayın 20-də Ukrayna Ali Radasında bu ölkənin altıncı Prezidenti Vladimir Zelenskinin andiçmə mərasimi keçirilib.
Ukraynanın yeni seçilmiş dövlət başçısının andiçmə mərasimində Azərbaycanı Milli Məclisin sədri Oqtay Əsədov və ölkəmizin Ukraynadakı səfiri Azər Xudiyev təmsil ediblər.

Azvision.az AzərTAc-a istinadən xəbər verir ki, Oqtay Əsədov Vladimir Zelenskiyə Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və ali dövləti vəzifəyə seçilməsi münasibətilə təbriklərini çatdırıb.

Zelenski də öz növbəsində təbriklərə görə Azərbaycan dövlətinin başçısına səmimi təşəkkürünü bildirib.

Azvision.az




Teqlər: Ukrayna   Zelenski  





Xəbər lenti