İsmayıllıda güclü külək 100-dən çox ağacı aşırıb - FOTO

 İsmayıllıda güclü külək 100-dən çox ağacı aşırıb -  FOTO
  21 May 2019    Oxunub:2921
Güclü külək İsmayıllıda meşə ağaclarına ciddi ziyan vurub.
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat katibi İradə İbrahimova bildirib.

Nazirlik rəsmisinin sözlərinə görə, 19 may 2019-cu il tarixində İsmayıllı rayonunda baş vermiş güclü külək nəticəsində meşə sahəsinin ərazisində 100-dən artıq ağac kökündən çıxaraq aşıb, bəziləri isə sınıb.

“Oduncaq itkisinə yol verməmək və qəzalı ağaclardan səmərəli istifadə etmək məqsədilə hazırda ağacların uçotu aparılır”.

Qeyd edək ki, mayın 19-u axşamdan 20-si səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, rayonlarda, bəzi yerlərdə leysan xarakterli intensiv yağış yağıb, dolu düşüb, ayrı-ayrı yerlərdə güclü qərb küləyi əsib.





Azvision.az


Teqlər: ETSN   İsmayıllı   Ağac  





Xəbər lenti