Lisey və gimnaziyalara qəbulla bağlı müsahibə başlayıb

Lisey və gimnaziyalara qəbulla bağlı müsahibə başlayıb
  21 May 2019    Oxunub:1549
Mayın 21-dən 2019-2020-ci tədris ilində lisey və gimnaziyaların müəyyənləşdirilmiş ərazisində yaşayan vətəndaşların övladlarının həmin təhsil müəssisələrində tədrisin digər dildə aparılan bölmələrinin I sinfinə qəbulu zamanı uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı müsahibə komissiyası fəaliyyətə başlayıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Azvision.az -a verilən məlumata görə, Təhsil Nazirliyinin tabeliyindəki lisey və gimnaziyalar, eləcə də BŞTİ-nin birbaşa tabeliyindəki 160 nömrəli klassik gimnaziyanın müəyyənləşdirilmiş ərazisində yaşayan vətəndaşların övladlarının tədrisin digər dildə aparılan bölmələrinə I sinfə qəbul üzrə müsahibə komissiyası 12 nömrəli tam orta məktəbdə fəaliyyət göstərir.

Qeyd edək ki, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalar və 160 nömrəli klassik gimnaziyaya I sinfə qəbul üzrə tədrisin digər dildə aparılan bölmələrinə elektron ərizələrin qeydiyyatı mayın 20-də başa çatıb. Martın 13-dən mayın 20-dək davam edən proses çərçivəsində qeyd olunan ümumtəhsil müəssisələrinə 3426 elektron sorğu yerləşdirilib. Bu sorğulardan 1132-si təlim dili Azərbaycan dili seçildiyi üçün həmin uşaqlar lisey və gimnaziyalara müsabiqədənkənar qəbul olunublar. Lisey və gimnaziyanın ərazisində yaşayan, ancaq digər dildə tədris aparılan bölmə üzrə sorğu yerləşdirənlər isə müvafiq liseyə yerləşdirdiyi sorğusu təsdiqləndikdən sonra, uşaq şifahi nitq bacarıqlarının qiymətləndirilməsindən uğurla keçərsə, həmin liseyə qəbul edilmiş hesab olunacaq. Uşaq digər dildə tədris aparılan bölmə üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi zamanı uğur qazanmadıqda həmin lisey və gimnaziyaların yalnız Azərbaycan bölməsinə sorğu yerləşdirə bilər.

Bakı Avropa Liseyi, Respublika İncəsənət Gimnaziyası və Bülbül adına Orta İxtisas Musiqi Məktəbini seçən valideynlərin (qanuni nümayəndələrin) uşaqlarının qəbulu yalnız müsabiqə yolu ilə aparılır.

Ümumilikdə, martın 13-dən ötən müddətdə I sinfə qəbul üzrə 44 min 536 uşaq elektron qeydiyyatdan keçib. Bu isə paytaxt üzrə I sinfə şagird qəbulu proqnozunun 90 faizinə yaxın göstəricidir. I sinfə şagird qəbulu prosesinin sentyabrın 15-dək davam edəcəyini nəzərə alsaq, təkcə bu rəqəmin özü prosesin nə qədər səmərəli olduğunu deməyə əsas verir.

Azvision.az


Teqlər: Lisey   BŞTİ  





Xəbər lenti