Sabunçu-Bakı qatarında gediş haqqı açıqlandı

 Sabunçu-Bakı qatarında gediş haqqı açıqlandı
  22 May 2019    Oxunub:3917
Sabunçu vağzalından Bakı stansiyasına hərəkət edəcək qatarlarda gediş haqqı 50 qəpik olacaq.

Azvision.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov AzTV-yə müsahibəsində deyib.
Onun sözlərinə görə, gediş haqqı marşrut avtobuslarına nisbətən ucuz olacaq: “Sabunçu dəmir yolu vağzalından Bakı stansiyasına 15 dəqiqəyə çatmaq mümkün olacaq. Gələcəkdə dəmir yolu xətləri Əhmədli, Zirə, Pirallahı, həmçinin Heydər Əliyev adına Hava Limanına qədər uzanacaq”.

Qeyd edək ki, ötən gün Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışı olub. Mərasimdə Prezident İlham Əliyev iştirak edib.

Azvision.az



Teqlər: Sabunçu   Qatar   Vağzal  





Xəbər lenti