Mingəçevirdə “Avropa günləri” - FOTOLAR

  22 May 2019    Oxunub : 2487
Mingəçevirdə “Avropa günləri” - FOTOLAR
Şərq Tərəfdaşlığı proqramının 10 illik yubileyi münasibətilə Mingəçevirdə “Avropa günləri”nin növbəti mərhələsi keçirilir.
Azvision.az xəbər verir ki, tədbirlərlə əlaqədar Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbərliyi və əməkdaşları, eləcə də İttifaqa üzv olan dövlətlərin Azərbaycandakı diplomatik korpus nümayəndələri, media nümayəndələri Mingəçevirə səfər ediblər.



Qonaqlar əvvəlcə Migəngəçevir şəhər icra hakimiyyətində olublar. Burada keçirilən tədbirdə şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov qonaqlara Mingəçevir barədə geniş məlumat verib, şəhərin investisiya imkanlarından söhbət açıb. Bildirib ki, şəhərin turizim imkanları genişdir. Başçı Avropa dövlətlərini Mingəçevirə turizm sektoru da daxil olmaqla bir sıra sahələrə investisiya yatırmağa dəvət edib.



Çıxış edən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas bildirib ki, “Avropa günləri”nin əsas məqsədi Aİ-nin fəaliyyəti barədə maarifləndirmə səviyyəsini artırmaq, Azərbaycanda həyata keçirilən və Aİ tərəfindən maliyyələşdirilən layihələrlə yaxından tanışlıqdır. Səfir indiyədək bölgədə uğurla həyata keçirilən 14 layihə barədə məlumat verib və bildirib ki, layihələrin nəticələri ilə tanışlıq səfərin əsas məqsədlərindəndir.



Daha sonra qonaqlar Mingəçevirin səhiyyə müəssisələrində həyata keçirilən icbari tibbi sığorta layihəsinin gedişatı ilə tanış olublar. Mingəçevir Şəhər Xəstəxanasının direktoru Könül Ələkbərov layihədə əldə olunan nəticələr barədə məlumat verib. Daha sonra xəstəxananın yeni müasir xidmət sahələrinə, laboratoriya və müxtəlif şöbələrinə baxış keçirilib.



Qonaqlar daha sonra şəhərin Səməd Vurğun meydanında təşkil olunan "Avropa İttifaqı Sənin Üçün" adlı tədbirə qatılıblar. Tədbirdə Aİ barədə iştirakçılara məlumat verilib, eyni zamanda maraqlı viktorinalar keçirilib. Tədbir “Meridian” rok qrupunun konsert proqramı ilə davam edib.















Elvin Abdulqədirov
Azvision.az

Teqlər: Avropa-İttifaqı   Mingəçevir