Qadınlar tərəfindən döyülən kişilərin sayı artıb

Qadınlar tərəfindən döyülən kişilərin sayı artıb
  22 May 2019    Oxunub:4214
"Məişət zorakılığına məruz qalmış kişilərin yalnız qadınlar tərəfindən döyüldüyünü demək səhvdir. Ailədaxili zorakılığa hər kəs, hər iki cinsin nümayəndələri məruz qala bilər və bundan heç kəs sığortalanmayıb".
Bunu Azvision.az -a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova deyib.

Komitə nümayəndəsi bildirib ki, kişilərin zorakılığa məruz qalması dedikdə, məsələn, oğlun yaşlı ataya fiziki və ya psixoloji zorakılıq etməsi, kişinin kişiyə zorakılıq göstərməsi və ya atanın uşağını döyməsi nəzərdə tutulur. "Qadın tərəfindən də kişilər zorakılığa məruz qala bilər, amma bunu ümumiləşdirmək olmaz".



A.Veysəliva qeyd edib ki, hər hansı kişinin və ya qadının zorakılığa məruz qalma səbəbləri mütləq araşdırılmalıdır: "Səbəbini bilmək lazımdır ki, hadisə hansı zəmində, nə üçün olub, hansı münasibətlərdən irəli gəlib və zorakılığın hansı növünə məruz qalıb. Biz bu məsələləri ümumi ifadə ilə deyil, konkret və xüsusi hadisəyə, zorakılıq faktlarına söykənərək deməliyik. Bir çox hallarda ərini qətlə yetirən, ərinin sağlamlığına qəsdən ağır və yüngül zərər yetirən qadınların törətdiyi cinayətin kökünü, səbəbini araşdırdıqda görürük ki, bu, o qadınlardır ki, illərlə zorakılığa məruz qalır, artıq dözə bilmirlər və bu cür aqresiv cavab reaksiyası verirlər. Bu hadisələr elə də çox deyil. Lakin təəssüflə qeyd etməliyik ki, qadınlar tərəfindən kişilərin zorakılığa məruz qalması hadisələrində artım müşahidə edilir".

Aytən Zəhra
Azvision.az



Teqlər: Komitə   Ailə   Qadın   Kişi  





Xəbər lenti