Cəlilabadda 14 yaşlı oğlan itkin düşüb - FOTO

  31 May 2019    Oxunub : 553
Cəlilabadda 14 yaşlı oğlan itkin düşüb - FOTO
Cəlilabad rayonu, Günəşli kənd sakini 2005-ci il təvəllüdlü Miriyev Mirəli Elman oğlu itkin düşüb.
Bu barədə onun atası Elman Miriyev məlumat verib. Səkkizinci sinifdə oxuyan M.Miriyev mayın 30-da saat 08:30 radələrində Günəşli kəndində yaşadığı evdən çıxaraq Cəlilabad rayonunun mərkəzinə gedib və bir daha geri qayıtmayıb.

Evdən çıxarkən onun əynində qırmızı rəngli uzunqol köynək, qara rəngli cins şalvar, qara rəngli gödəkçə və idman ayaqqabısı olub. Ailə üzvləri itkin düşmə ilə bağlı polisə müraciət ediblər.

Onu görənlərdən (050) 522 – 15 – 95 və ya (050) - 481 - 61 - 39 telefon nömrələrinə zəng vurmaları xahiş olunur.

Azvision.az

Teqlər: Cəlilabad