Əli Əhmədov maaşının yarısını Ordu üçün ayırdı
Baş nazirin müavini bildirib ki, məqsəd insanlarda qanunun aliliyi prinsipinə, dövlət orqanlarına etimadsızlıq yaratmaqla asayişi pozmaq, qarışıqlıq yaratmağa cəhd göstərməkdir.
"Buna yol verilə bilməz və yol verilməməlidir. İkincisi isə, müharibə vəziyyətində, bir milyon məcburi köçkünü olan ölkədə xeyriyyə aksiyası keçirmək üçün kifayət qədər səbəblər mövcuddur. Yeni Azərbaycan Partiyası dəfələrlə belə aksiyalar keçirib. Azərbaycanda Silahlı qüvvələrə yardım fondu vardır. Ən şərəfli, əhəmiyyətli və xeyirli xeyriyyə hərəkəti o olardı ki, Silahlı qüvvələrə yardım fonduna dəstək məqsədilə xeyriyyə aksiyası keçirilsin. Mən xeyriyyə marafonu adı altında sabitliyi pozmaq istəyənlərə tutarlı cavab vermək üçün Yeni Azərbaycan Partiyasının üzvlərini Azərbaycanın Silahlı qüvvələrinə yardım fonduna dəstək üçün aksiyaya qoşulmağa dəvət edirəm. Özüm isə işlədiyim idarənin mühasibatına aylıq əmək haqqımın 50 faizinin həmin fonda köçürülməsi barədə müraciət edirəm.
Gəlin Ordumuza dəstək olaq"-, deyə Ə.Əhmədov vurğulayıb.
Azvision.az
Teqlər: Əli-Əhmədov