Olimpiya Festivalında internet və rabitə problemi olmayacaq
Yarışlar zamanı 4 ədəd mobil radiopelenqasiya stansiyası Bakı şəhəri üzrə radiomonitorinq işləri aparacaq. Ölkəmizə gələcək turistlərin daşınması üçün Təşkilat Komitəsi ilə bağlanan müqavilə əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “Bakı Taksi Xidməti” MMC tərəfindən 120 avtonəqliyyat vasitəsi və 270 sürücü ayrılıb. Hava limanı önünə dislokasiya edilən “London TX-4” taksilərinin sayı artırılaraq yarışı izləmək üçün ölkəmizə gələcək turistlərin otellərə daşınması üçün tam hazır vəziyyətə gətirilib. “Bakı Taksi Xidməti” MMC tərəfindən Əməliyyat Komitəsinin heyətinə dəstək üçün 40 dispetçer ayrılıb.
XV Avropa Gənclər Yay Olimpiya Festivalının keçiriləcəyi müddətdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin üzərinə düşən öhdəliklərin lazımi səviyyədə icra edilməsi nəzarətdə saxlanılacaq.
Azvision.az
Teqlər: NRYTN