Dövlət Gömrük Komitəsindən
Azvision.az -a verilən məlumata görə, sürücü idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirsə də, yoxlama zamanı avtomobilin ön sərnişin oturacağının altında gömrük nəzarətindən gizlədilən 8 ədəd "Samsung Galaxy S9+" markalı mobil telefon aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.
Azvision.az