Lənkərandakı qəzada yaralanan 5 nəfər müalicə alır

Lənkərandakı qəzada yaralanan 5 nəfər müalicə alır
  29 Avqust 2019    Oxunub:1124
Səhiyyə Nazirliyi Lənkəranda baş verən yol nəqliyyat hadisəsində xəsarət alanların son vəziyyəti ilə bağlı məlumat yayıb.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, Lənkəran Mərkəzi Rayon Xəstəxanasında hazırda 5 nəfərin müalicəsi davam edir.

Qeyd olunub ki, onlardan biri reanimasiyada, digər 4 nəfər isə travmatologiya şöbəsində palatadadır.

Qeyd edək ki, avqustun 28-də Lənkəran rayonunun Bəliton kənd sakini Ağayev Ələmdar Şavəli oğlunun idarə etdiyi, ona məxsus şəxsi istifadəsində olan PAZ markalı 43-BA-455 dövlət nömrə nişanlı avtobusu yüksək dağlıq ərazidə yolsuzluq və qapalı şəraitdə fərdi yaşayış evinin həyətinə aşıb. Sürücü hadisə zamanı dünyasını dəyişib,avtobusda olan 22 nəfər sərnişin xəsarət alıb.

Azvision.az


Teqlər: Səhiyyə  





Xəbər lenti