Bakıda generalın qohumunu öldürənlər tutuldu

Bakıda generalın qohumunu öldürənlər tutuldu
  02 Sentyabr 2019    Oxunub:2539
Avqustun 31-də Bakı şəhər sakini Fərid Məmmədzadənin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilməsi və orada ölməsi barədə Yasamal Rayon 29-cu Polis Şöbəsinə məlumat daxil olub.
Azvision.az DİN-ə istinadən xəbər verir ki, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin münaqişə zəminində törədildiyi müəyyən edilib.

Görülmüş tədbirlərlə qəsdən adam öldürməkdə şübhəli bilinən Bakı şəhər sakinləri H.Babaverdiyev, C.Cavadlı və R.Bünyatzadə saxlanılıb. Araşdırma aparılır.

Qeyd edək ki, mətbuatda yayılan məlumatlara görə, qətlə yetirilən F.Məmmədzadə Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun qaynının oğludur.

Azvision.az



Teqlər: DİN   Cinayət   General   Qətl  





Xəbər lenti