Bu gün səhər saatlarında Bakı metrosunun bir neçə stansiyasında sıxlıq müşahidə olunub.
"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov
Azvision.az -a açıqlamasında bildirib ki, sıxlığın yaranmasına səbəb sərnişinlərin qapıları saxlaması olub.
Qurum rəsmisinin sözlərinə görə, yeni qatarların qapılarını saxlamaq olmaz: "Pik saatlar olduğundan sərnişinlər vaqonlardan birinin qapısının bağlanmasına mane olub və nəticədə sistemdə proqram silinib. Proqramın bərpası təxminən 2-3 dəqiqə çəkdiyi üçün ümumi xətt intervalında gecikmələr yaranıb. Qapıları ardıcıl olaraq saxlamaq avadanlığın avtomatlaşdırılmış sisteminə təsir edir. Qapını bir dəfə tutanda avtomatik olaraq qapı yenidən açılıb-bağlanır. Bu proses bir neçə dəfə təkrarlananda avtomatlaşdırılmış sistem olduğu üçün donma baş verir. Sistemi yenidən yükləmək məcburiyyəti yaranır və bu da 2 dəqiqəyə yaxın vaxt aparır. Qattar həmin 2 dəqiqədən sonra yola düşür və bütün xətt boyunca həmin intervalı tənzimləmək məcburiyyəti yaranır".
B.Məmmədov, həmçinin qeyd edib ki, Bakı metrsonda iki gündür sərnişin sıxlığı müşahidə edilir.
Anar Kəlbiyev
Azvision.az