5 ağac kəsdi, iş prokurorluğa göndərildi

  19 Sentyabr 2019    Oxunub : 837
5 ağac kəsdi, iş prokurorluğa göndərildi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Yasamal rayonu, Zahid Xəlilov küçəsi 53 ünvanında köküstə yaş 5 ağacın kəsildiyi aşkar edilib.
Azvision.az xəbər verir ki, araşdırma zamanı ağacların Yasamal rayon sakini Qəhrəman Məhərrəmov tərəfindən kəsildiyi və təbiətə 15 min 300 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı təqsirkar barəsində akt tərtib edilib.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Bakı şəhər Prokurorluğuna göndərilib.

Azvision.az

Teqlər: ETSN   Ağac   Təbiət