Rusiyadan gələn maşından 7000 ədəd güllə tapıldı

Rusiyadan gələn maşından 7000 ədəd güllə tapıldı
  24 Sentyabr 2019    Oxunub:2133
Rusiya istiqamətindən Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Mersedes-Benz Viano" markalı avtomobilə gömrük baxışı keçirilib.
Azvision.az xəbər verir ki, yoxlama zamanı nəqliyyat vasitəsinin arxa yük yerinin sol tərəfindəki örtüyün altında və ön sağ oturacağın altında olan boşluqlarda 14 ədəd metal qabda üzərində "Exact Jumbo Heavy Diabolo" yazısı olan 7000 ədəd yarımkürə formasında tir tüfənginin gülləsi aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DGK  





Xəbər lenti