Məmmədyarov Nyu-Yorkda bir sıra görüşlər keçirib - FOTO
Migel Anxel Moratinos Azərbaycanın müxtəlif dinlər və etnik qruplar arasında dialoqun, eləcə də multicultural dəyərlərin təşviqində rolunu və bu xüsusda ölkəmizin təşəbbüsü ilə həyata keçirilən tədbirləri/konfransları təqdir edib.
Tərəflər, həmçinin Qoşulmama Hərəkatının qarşıdan gələn Bakı Zirvə görüşü və Azərbaycanın Hərəkata sədrliyi məsələlərini müzakirə ediblər.
Bundan başqa, BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov Marşal Adaları Respublikasının Xarici İşlər və Ticarət Naziri Con Silk ilə görüşüb.
Nazirlər iki ölkə arasında əməkdaşlıq münasibətlərinin müxtəlif aspektləri üzrə fikir mübadiləsi apardılar və ikitərəfli münasibətlərin inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar.
Tərəflər, Azərbaycan və Marşal Adaları arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə məlumat mübadiləsi keçirilib.
Azvision.az
Teqlər: XİN Məmmədyarov