BNA: Avtobus sürücülərinin test yürüşü keçiriləcək

 BNA:  Avtobus sürücülərinin test yürüşü keçiriləcək
  26 Sentyabr 2019    Oxunub:2605
"Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi (HUB) bir həftə ərzində sərnişinlər üçün istifadəyə veriləcək.
Azvision.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyib. O bildirib ki, mərkəzə daxil olacaq avtobusların sürücüləri yaxın günlərdə test yürüşü həyata keçirəcək:

"Metronun "Koroğlu" stansiyasından Nəqliyyat Mübadilə Mərkəzinə yol uzun olduğu üçün sərnişinlərə günün isti və ya soyuq vaxtlarında gəlmək çətin olur. Yaxın vaxtlarda metro stansiyası ilə Nəqliyyat Mübadilə Mərkəzi arasında xüsusi örtüklü dəhlizin inşa edilməsi nəzərdə tutulub. Eyni zamanda, metro stansiyası və onun yanındakı avtobus dayanacağına qədər görmə əngəlli insanlar üçün tratil piltələrin düzəlməsi planlaşdırılır".

Aytən Zəhra
Azvision.az


Teqlər: BNA  





Xəbər lenti