Bürokratlar yox olurlar

  09 Dekabr 2013    Oxunub : 675
Bürokratlar yox olurlar
“Arqumentı nedeli” nəşri Fuad Axundovun ASAN Xidmətlə bağlı məqaləsini dərc edib. AzVision.az həmin məqalənin tərcüməsini oxucularına təqdim edir. Məqalənin orijinalı ilə isə BURADA tanış olmaq olar

MDB ölkələrində sıravi vətəndaşlar üçün hər hansı bir dövlət xidmətindən yararlanmaq, məsələn, adi bir arayış almaq və ya sənədlərin müddətini uzatmaq, yaxud da daşınmaz əmlakını qeydiyyata aldırmaq dözülməz başağrısıdır. Azərbaycanda bu problem birdəfəlik həll edilib. Dövlət başçısı İlham Əliyevin fərmanı ilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini yaradıldı. Ötən ilin sonundan etibarən ölkədə əhaliyə asan xidmət göstərən `ASAN xidmət` mərkəzləri şəbəkəsi fəaliyyət göstərir. İndi 9 böyük idarənin funksiyaları daha sürətli və keyfiyyətli şəkildə bir mərkəzdən yerinə yetirilir.

Üzü insanlara

Azərbaycanda çox qısa bir müddətdə yaradılan ASAN mərkəzlər tez bir zamanda sadə insanların həyatını yaxşılığa doğru dəyişdirdi. Cəmiyyətin müsbət gözləntiləri həyata keçdi, vətəndaş razılığına söykənən sağlam mühit yarandı, dövlət orqanlarına etimad gücləndi. Əgər əvvəllər vətəndaşlar sənədləşmə işləri zamanı kobud bürokratlarla qarşı-qarşıya qalırdılarsa, indi insanların yaşayış yerindən asılı olmayaraq operativ xidmətlər göstərən mehriban və gülərüz gənclər qarşılayır. Sevindirici nəzakətli davranış ASAN mərkəzlərin vizit kartıdır. Təsadüfi deyil ki, agentlikdə mədəniyyət məsələləri üzrə müfəttişlər postu yaradılıb.

Bu Dövlət Agentliyinin yaradılması “dövlət qulluqçusu- vətəndaş” əlaqələrində operativlik, şəffaflıq, cavabdehlik, insanların rahatlığını nəzərə alınması, hörmət və diqqətə əsaslanan yeni mərhələ keçid oldu. Cəmiyyət ASAN mərkəzlərinin gənc nəslin yüksək mədəniyyətə malik peşəkar dövlət qulluqçuları kimi yetişməsində göstərdiyi xidmətləri yüksək qiymətləndirir. İlk dəfə olaraq ölkədə gənc könüllülərin cəlb olunması təcrübəsi geniş tətbiq olunur. Gənclər həvəslə ASAN mərkəzlərə gələrək, vətəndaşlara xidmətdə öz bilik və bacarıqlarını, əməyini əsirgəmirlər.

Bununla yanaşı, könüllülər prezident İlham Əliyev tərəfindən onların əməyinə verilən qiyməti də hiss edirlər. Mərkəzlərin açılışında prezident onlarla görüşür, arzu və istəklərini dinləyir, fikirlərini bölüşür. 2 saylı Mərkəzin açılışı zamanı dövlət başçısı gənclərə belə məsləhətlər vermişdi:
– Sevinirəm ki, bu mərkəzdə də könüllər işləyəcəklər. Ümumiyyətlə, bu sistem qısa bir zamanda Azərbaycan üçün nə qədər mühüm olduğunu sübut etdi. ASAN xidmətin yaradılması ciddi islahatların təzahürüdür. Bildiyim qədərilə, bu və digər ölkələr də bu təcrübəni öyrənirlər. ASAN Xidmətin bir neçə əsas istiqaməti var. Onların arasında ən başlıcası insanlara yüksək səviyyəli xidmət göstərməkdir. Bununla yanaşı, bu sistem sayəsində bir sıra neqativ hallar aradan qaldırılır, korrupsiya ilə mübarizə daha yaxşı effekt verir, bürokratiya ilə mübarizə isə bir addım da güclənir.
ASAN Xidmətin fəaliyyəti innovasiya, müasirlik, texnologiya və bilik deməkdir. Bununla yanaşı, siz könüllülərin fəaliyyəti isə cəmiyyətdə yeni davranış qaydalarının tətbiqi deməkdir. Gənclər vətəndaşlara kömək etmək məqsədilə pulsuz, heç bir qarşılıqsız bu işə qoşulur və bizim birgə işimizə xeyir verir.
Görürsünüz, ASAN Xidmətin əsasını necə gözəl faktorlar təşkil edir: müasirlik, yenilik, vətəndaşlıq borcunun yerinə yetirilməsi, bu işə gənclərin də qoşulması və s. Əlbəttə ki, bu xidmət ölkəmizin ümumi inkişafı ilə bağlıdır. Bu gün Azərbaycanda həqiqətən də müasir dövlət qurulur, yeni texnologiyalar tətbiq olunur, hər şeydən əvvəl dünya təcrübəsindən istifadə olunur. Bu, ümumiyyətlə, bizim siyasi kursumuzdur.

Hazırda dövlət agentliyi Facebook sosial şəbəkəsinin gənc istifadəçiləri arasında kifayət qədər populyarlaşıb. Azərbaycanın 44 dövlət orqanı arasında ASAN xidmət ən aktiv internet səhifəsi olan dövlət orqanı hesab olunub. Yarım il ərzində 39 min `layk` qazanıb, çünki, bu səhifədə vətəndaşlar on-line rejimdə onları maraqlandıran suallara cavab tapa bilirlər. Xalq əmin olub ki, dövlət onların həm əsəblərini qoruyur, həm də vaxtına qənaət etmələrinə şərait yaradır.

Mərkəzləri gündəlik iş rejimində xidmət göstərməsi də vacib amillərdəndir. Bundan başqa, ASAN-a gəlməklə bir dəfəyə həm pasport müddətini uzatmaq, həm sürücülük vəsiqəsi almaq üçün sənəd vermək, həm də ki, məsələn, torpaq sahəsinin özəlləşdirilməsilə məşğul olmaq mümkündür. Bir sözlə, “vahid pəncərə” sistemi uğurla işləyir. Vətəndaşlar elektron növbəyə dayana, sənədlərin qaydaya saldığı müddətdə uşaqlarını uşaq əyləncə mərkəzlərinə qoya, özləri isə internet-kafe xidmətlərindən istifadə edə bilərlər. Hər bir mərkəzdə ayrıca laboratoriya, tibb məntəqəsi, foto studiyası, kommunal xidmətlərin və kreditlərin ödənilməsi üçün xüsusi terminallar var. Əlillər üçün də hər cür şərait yaradılıb. Gözdən əlillərin rahat gəzə bilməsi üçün hər mərtəbədə yerə xüsusi örtük döşənib, cədvəllərdə onların oxuya biləcəyi formada yazılar yazılıb.

Soruşun, cavab verək

Vətəndaşlar heç yerə getmədən istənilən xidmət barəsində telefon vasitəsilə də məlumatlar əldə edə bilərlər. asan.gov.az internet saytı vasitəsilə vətəndaşlar on-line növbəyə dayana, elektron ərizələri doldura, sənədlərini elektron qaydada müvafiq orqanlara göndərə bilərlər.

ASAN mərkəzlərində hər kəs özünü innovasiyalar dünyasında hiss edir. Xidmətlər müasir IP-telefon IP- şəbəkə sistemilə təmin olunub, hər yerdə elektron monitorlar, elektron elan tabloları quraşdırılıb. İlk dəfə olaraq Bakı 2 saylı ASAN mərkəzində biometrik məlumatların toplanması sistemi yaradılıb.

Avadanlıqlar İsveç istehsalıdır, proqram təminatı isə Almaniya peşəkarları tərəfindən xüsusi olaraq ASAN xidmət üçün yaradılıb. Sistem biometrik şəkillər çəkməyə, elektron imza, barmaq izləri götürməyə və onları mərkəzləşdirilimiş qaydada hüquq-mühafizə orqanlarına göndərməyə şərait yaradır. Biometrik texnologiyalar insanların kimliyini avtomatik olaraq təyin etmək imkanı verir.

Mərkəzlər Ədliyyə Nazirliyinin, Daxili İşlər, Vergilər Nazirliklərinin, Əmlak üzrə Dövlət Komitəsi, Gömrük Komitəsi, Miqrasiya Xidməti, Torpaq və Xəritəçəkmə Xidməti, Dövlət Sosial Müdafiə FonduMilli Arxiv İdarəsi kimi bir sıra dövlət orqanlarının xidmətlərini təqdim edir.

25 hüquqi və 22 dəstək xidmətlərinə bunlar aiddir: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, notarial fəaliyyət, şəxsiyyət vəsiqələrinin və ümumvətəndaş pasportlarının, sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi, məhkumluq haqqında sertifikatların verilməsi.

Bundan başqa, siyahıya mənzillərin dövlət qeydiyyatı haqqında təkrar çıxarışların , ipoteka haqqında arayışların , əhali arasında “forma nömrə bir” kimi tanınan arayışın verilməsi, əmək pensiyaları eləcə də torpaq kadastrı haqqında sənədin verilməsi, hüquqi şəxslərin və vergi ödəyicilərinin qeydiyyatı, hüquqi və fiziki şəxslərə arxiv arayışlarının verilməsi də daxildir.

Bura həm də gömrük bəyannamələri, gömrük sənədlərinin rəsmləşdirilməsi, Azərbaycan Respublikasında əcnəbi vətəndaşlara və vətəndaşlığı olmayanlara müvəqqəti yaxud daimi yaşayış və əmək fəaliyyəti izninin verilməsi də daxildir. Bundan əlavə mərkəzlər dövlər orqanları və s. üçün göstərilən bütün xidmətlər üzrə informasiya təminatını təmin edir.

Bir sözlə, DYP və s. “çirkli” struktular artıq öz gözlənilən süründürməçiliyi və soyuqqanlı məmurlarının rüşvət vermək kimi əzablı məcburiyyəti ilə insanları qorxutmur. Hər şey sözsüz belə aydındır. ASAN – korrupsiya üçün münbit bir çox boşluqların doldurulması və böyük şəffaflığa dəlalət edən ciddi arqumentdir. Əvvəllər həftələr, bəzən gərgin aylar tələb edən, pullar xərclənən məsələlər bugün obrazlı şəkildə desək, bir neçə dəqiqəyə həll olunur.

Coğrafiya vacib məsələdir

Qəribə də olsa, hətta ən barışmaz müxalifət belə önəmli sosial layihəni dəstəklədi. Avqust ayında mən müxalifətdən parlament üzvü olan Fazil Mustafanın paylaşdığı və ölkənin regionlarından birinə səfəri zamanı maraqlı müşahidəsindən yaranan qeydlərinə rast gəlmişdim. Qeyddə söhbət insanları kəndlər arasında aparıb-gətirən sürücüdən bəhs olunurdu. Deputatla söhbəti zamanı sürücü məmur özbaşnalığından, üzləşdiyi fəlakətlərdən şikayətlənir və Avropaya köçmək istədiyin arzulayırdı. Lakin bir dəfə sürücü sürücülük vəsiqəsini dəyişməli olur. Kimsə ona ASAN xidmətinə müraciət etməyi məsləhət görür. “Mən mərkəzə müraciət edərkən sənədi yarım saat ərzində dəyişdilər. Bundan əlavə, ödədiyim 20 manatdan mənə 1,8 manat qalıq qaytarıldı. Mən özümü vətədaş kimi hiss eləməyə başladım”, - deyə o, deputata danışıb.

Azərbaycan sosiumundakı bu tərəqqini nəinki camaat, həm də xarici diplomatik xidmətlər də qeyd edir. Məsələn, mənim noyabr müsahibələrimdən birində ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar qeyd etmişdi ki, “Yerli icra strukturları tərəfindən səlahiyyətlərindən sui-istifadə halları azalıb. Burda ASAN xidmətinin coğrafiyasının genişlənməsini və onun korrupsiyaya qarşı mübarizədəki rolunu müsbət qiymətləndirmək olar. Ümid edirəm ki, bu xidmət bütün respublika ərazisini əhatə edəcək”.

2013-cü ilin avqustundan ASAN öz xidmətlərinin coğrafiyasını genişləndirməyə başladı. 3 mərkəz Bakıda, 1-i isə Sumqayıtda yaradılıb. Bu işlər agentliyə bölgələri də əhatələməyə mane olmadı. Səyyar xidmət üçün müasir avadanlıqlarla təchiz olunmuş ASAN avtobusları ölkənin müxtəlif rayonlarına yollandı. ASAN xidmətinin səyyar mərkəzlərinin müasir avadanlıqlarla təchiz olunmuş avtobuslarının qısa müddətdə əhaliyə yardım etməsi kiçik şəhər və rayonlarda əsas mövzuya çevrildi. Bugünə qədər 15 məntəqədə ölkənin 27 rayonundan olanlara səyyar xidmətlər göstərilib. Ümumilikdə, səyyar yolla 22 yaşayış məntəqəsində 41 rayonun sakininə xidmətin göstərilməsi nəzərdə tutulur.

ASAN xidmətindən Azərbaycanın yarım milyondan artıq sakini yararlanıb. Sentyabrın 25-də Sumqayıt sakini Əflatun Hüseynxanlı ASAN xidmətinin 500 mininci müştərisi oldu. O, şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün müraciət etdi və Azərbaycan xalqına ən yaxın dövlət xidmətinin tarixinə düşdü.

Tərcümə: AzVision.az

Teqlər: