“Bakı dairəvi dəmir yolu ilin sonunda açılacaq” - Cavid Qurbanov

 “Bakı dairəvi dəmir yolu ilin sonunda açılacaq” -    Cavid Qurbanov
  11 Oktyabr 2019    Oxunub:4053
"Bu ilin sonunda Bakı dairəvi dəmir yolunun açılışı olacaq"
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib. Onun sözlərinə görə, dairəvi yolun uzunluğu 92 km-dir.

“Bakı sərnişin stansiyasından başlayan, Biləcəri, Xırdalan, Sumqayıt, Pirşağı, Kürdəxanı, Zabrat, Sabunçu, Bakıxanov, Koroğlu, Keşlə, Nərimanov stansiyalarından keçməklə yenidən "28 May" stansiyasında başa çatan yolun açılışını edəcəyik. Bu yolda qatarların hərəkətini daha sürətli etmək istəyirik. Yəni, sürət 120 km/saat deyil, 140 km/saat olsun. Yolun üzərindəki bütün birsəviyyəli kəsişmələri konfliktsiz kəsişmələrə keçirmişik”.

C.Qurbanov qeyd edib ki, ümumilikdə 14 tunel tikilib və yolların ətrafında çəpərlər çəkilir. “Həmçinin 24 yerüstü keçid inşa etmişik. Hələ bir neçəsini də inşa etməli olacağıq. Bundan əlavə, Sumqayıtdan Xırdalana tərəf çıxanda orada məcburi köçkünlərin yaşadığı yerlər var ki, həmin yerlərdə bir neçə tunelin və kanal üzərindən körpünün tikintisini davam etdirəcəyik”.

Aytən Zəhra
Azvision.az




Teqlər: Dəmiryol   Cavid-Qurbanov  





Xəbər lenti