Yeni yaradılan Fond nə vaxt işə başlayacaq?

  14 Oktyabr 2019    Oxunub : 1124
 Yeni yaradılan Fond nə vaxt işə başlayacaq?
Əməyin Mühafizəsi Fondunun qısa müddət ərzində təsis sənədlərinin - nizamnamə və əsasnaməsinin təsdiq olunması gözlənilir.
Azvision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. Onun sözlərinə görə, hazırda aidiyyəti dövlət qurumları ilə birlikdə Fondun nizamnaməsinin hazırlanması üzərində iş aparılır: "Artıq Fondun nizamnaməsi yekunlaşır və yalnız bundan sonra fond tam fəaliyyətə başlayacaq".

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə yaradılan Dövlət Əməyin Mühafizəsi Fondunun məqsədi ölkədə əməyin mühafizəsi sahəsində vahid dövlət siyasətinə uyğun olaraq həyata keçirilən əməyin mühafizəsi tədbirlərinə maddi-texniki dəstək verməkdən ibarətdir. Fondun idarə edilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir.

Aytən Zəhra
Azvision.az

Teqlər: Sahil-Babayev   ƏƏSMN