Mətbuat Şurası: "Bəzi jurnalistlər özlərini aksiya iştirakçısı kimi aparıblar"
Jurnalistlərin tam əksəriyyəti aksiya zamanı üzərində “Press” yazılmış gödəkçələrdə olublar. Bununla belə sıra KİV nümayəndələri aksiyaya bu tələbə məhəl qoymadan qatılıblar. Üzərində “Press” yazılmış gödəkçələrdə olan bəzi jurnalistlər isə özlərini aksiya iştirakçısı kimi aparıblar.
Azərbaycan Mətbuat Şurası bir daha bildirir ki, jurnalistlər heç bir halda özlərini aksiya iştirakçısı kimi aparmamalı, sırf peşə fəaliyyətlərini yerinə yetirməlidirlər. Mətbuat Şurasının monitorinq qrupu gələcəkdə də məsələni ciddi nəzarətdə saxlayacaqdır.
Mətbuat Şurası hüquq-mühafizə orqanlarının təmsilçilərini də bir daha üzərində “Press” yazılmış gödəkçələrdə olan media təmsilçilərinə müvafiq şərait yaratmağa, ümumən jurnalistlərlə əlaqədar həssaslıq nümayişinə, diqqətli davranışa çağırır.
Azvision.az
Teqlər: Aksiya Mətbuat-Şurası