Ə.Amaşov oktyabrın 15-də keçirilən iqtisadi müşavirədə Prezident İlham Əliyevin mətbuatın daxili mübarizə növünə çevrilməsi ilə bağlı səsləndirdiyi fikirlərə də münasibət bildirib:
“Yəqin ki, cənab prezident həmin şəxslərin adını bilir və onlar haqq yoluna qayıtmasalar, cəzalarını alacaqlar. Nəinki ayrı-ayrı məmurlar, hətta müəyyən qurumlar bu məsələlərlə məşğul olublar. Bəzi məmurların nəzarətində bir neçə saytın, xəbər portalının olduğunu görürük. İctimai fikrə təsir göstərən ciddi mətbuat vasitələri bu oyunlarda iştirak etmirlər. Bir qrup jurnalist var ki, biz onları “reket jurnalist” adlandırırıq, onlar üçün gəliri hardan əldə etmələrinin fərqi yoxdur”.
Azvision.az
Teqlər: MŞsədri Deputat ƏflatunAmaşov Mətbuat