Yolu keçən piyadanı maşın vurub öldürdü

  26 Oktyabr 2019    Oxunub : 713
Yolu keçən piyadanı maşın vurub öldürdü
Bakının Yasamal rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Yasamal rayonunun A.M.Şərifzadə küçəsində yolu keçən paytaxt sakini Minəvvər Səfərova Bakı şəhər sakini Y.Mədətovun idarə etdiyi “Lada-Granta” markalı avtomobillə vurulub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Hadisə ilə əlaqədar Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN   Qəza