Bakıda “Altıncı Bayraq Festivalı” keçiriləcək

Bakıda “Altıncı Bayraq Festivalı” keçiriləcək
  02 Noyabr 2019    Oxunub:2575
Gənclər və İdman Nazirliyi tərəfindən noyabrın 4-də “Hilton Bakı” otelində 9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş “Altıncı Bayraq Festivalı” keçiriləcək.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, festivalda dövlət qurumlarının, deputatların, Müdafiə, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin, Dövlət Təhlükəsizlik Xidmətinin və Dövlət Sərhəd Xidmətinin zabit və əsgər heyətinin, qeyri-hökümət təşkilatları nümayəndələrinin, tələbələrin, gənclər təşkilatlarının üzvlərinin və fəal gənclərin iştirakı nəzərdə tutulur.

Festival Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının Dövlət Bayrağı gününün təsis edilməsi haqqında” 2009-cu il 17 noyabr tarixli Sərəncamını və 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının müfafiq bəndinin icrasını təmin etmək məqsədilə keçirilir. Festivalın keçirilməsində məqsəd gənclər arasında vətənpərvərlik, dövlətçilik, milli-mənəvi və ümumbəşəri dəyərlərə, milli dövlət rəmzlərinə hörmət hissinin aşılanmasıdır.

Azvision.az


Teqlər: Bayraq   Festival  





Xəbər lenti