“Məni təhqir edənlərin hamısı avaradır” - Deputatdan daha bir qalmaqallı açıqlama
Qalmaqalı parlamentari yenidən mövzu ilə bağlı açıqlama verib. O, Azvision.az -a bildirib ki, dedikləri həqiqətdir, fikrindən geri dönmək niyyəti yoxdur.
“Bunu ilk dəfə deyil ki, demişəm. 2015-ci ildə də bunu söyləmişdim, Həqiqəti deyəndə kiminsə xoşuna gəlmək lazımdır? Mən sosial şəbəkələrdə yoxam. Orada nə yazılır məni maraqlandırmır. Getsinlər dərsliyi açıb, öyrənsinlər. Ondan sonra gəlib məni linç etsinlər”.
A.Əlizadə əlavə edib ki, söylədiklərinin üzərində dayanır: “Osmanlı imperiyasının ordusu necə idi. Necə qurulmuşdu, necə istifadə olunurdu. Ordu nə zaman döyüşə gedirdi. Muzdlu ordu idi. Maaşını almasa, döyüşə getmirdi. Hətta Sultanı devirmək istəyəndə xəzinədarlar axçaya misi çox qatırdılar. Nəticədə pulun alıcılıq qabiliyəti aşağı düşürdü və Sultanı devirirdilər. Həqiqət kimin xoşuna gəlmirsə, özü bilər”.
Millət vəkilinin fikrincə, sosial şəbəkədə onu təhqir, tənqid edənlər boş-bekar adamlardır: “Gecə-gündüzünü sosial şəbəkədə keçirən adamlar avaradır. Sosial şəbəkəni məlumat almaq üçün istifadə edərlər. Elələri də var ki, işləri-gücləri yoxdur. Səhərdən axşama qədər otururlar sosial şəbəkədə. Bir şey gözləyirlər ki, yazsınlar. Odur ki, onlara yazığım gəlir və onlara cavab vermək fikrim yoxdur. Bir daha deyirəm. Bunların əvəzinə tarix kitablarını açıb oxusunlar”.
Türkiyədən edilən etirazlara gəlincə, deputat onlara öz tarixlərini öyrənməyi tövsiyə edib.
Kənan Məmmədov
Azvision.az
Teqlər: Araz-Əlizadə Deputat Osmanlı Ordu