Metro işçilərinin peşə bayramıdır

Metro işçilərinin peşə bayramıdır
  08 Noyabr 2019    Oxunub:6932
Bu gün Bakı Metropoliteni işçilərinin peşə bayramıdır.
Azvision.az xəbər verir ki, Prezident İlham ƏIiyevin 2006-cı il 28 oktyabr tarixli Sərəncamı ilə hər il noyabr ayının 8-i Bakı Metropoliteni işçilərinin peşə bayramı günü kimi qeyd olunur.



Yaranmasının 52-ci ildönümünü qeyd edən Bakı metrosu 1967-ci il noyabrın 6-da 5 stansiya – indiki “İçərişəhər”, “Sahil”, “28 May”, “Gənclik” və “Nəriman Nərimanov” stansiyalarından ibarət 9,2 kilometrlik yeraltı xəttin istifadəyə verilməsi ilə fəaliyyətə başlayıb. Üçü dərinözüllü olan bu stansiyalar arasında müntəzəm hərəkət təmin olunduqdan üç ay sonra, 1968-ci il fevralın 22-də “28 May-Xətai” xətti üzrə ilk qatar hərəkətə başlayıb. Bununla da, “28 May” stansiyası “Nəriman Nərimanov” və “Xətai” stansiyalarına, eləcə də əks istiqamətdə hərəkət edən sərnişinlər üçün keçid stansiyasına çevrilib.



Hazırda üç xətti və 25 stansiyası olan Bakı metrosu gələcəkdə beş xətdən ibarət olacaq. Bakı metropolitenində konseptual inkişaf proqramına uyğun olaraq, tikinti işləri davam etdirilir. Dövlət Proqramına əsasən, 2030-cu ildə paytaxtımızın yeraltı yollarının ümumi uzunluğu 119,1 kilometr, stansiyalarının sayı isə 76-ya çatacaq.



Azvision.az


Teqlər: Metro   Peşə   Bayram  





Xəbər lenti