Bakıda naməlum şəxs yolu bağladı - Polis araşdırma aparır (VİDEO)

  13 Noyabr 2019    Oxunub : 4170
Bakıda naməlum şəxs yolu bağladı - Polis araşdırma aparır (VİDEO)
Sosial şəbəkələrdə Bakıda naməlum şəxsin yolu bağlaması və avtomobillərin hərəkətinə mane olması ilə bağlı video yayılıb. Kadrlardan görünür ki, bir nəfər avtomobil yolunu bağlayır, qeyri-etik hərəkətlər edir, yolda hərəkətə imkan vermir.
Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəhbəri, polis mayoru Elşad Hacıyev Azvision.az -a açıqlamasında bildirib ki, məsələ ilə bağlı araşdırma aparılır:

"Videogörüntülərdə əks olunan hadisədən məlumatlıyıq. Hadisə ilə bağlı müvafiq rayon polis idarəsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq, hadisəyə hüquqi qiymət veriləcək”.



Əldə etdiyimiz məlumata görə, hadisə "Neftçilər" metrostansiyasından bir qədər aralıda, Bakıxanov qəsəbəsinə gedən yolda qeydə alınıb.

Azvision.az

Teqlər: Polis   Yol