Oqtay Əsədov deputatlara xəbərdarlıq edib

   Oqtay Əsədov deputatlara xəbərdarlıq edib
  13 Noyabr 2019    Oxunub:2186
Milli Məclisin sədri Oqtay Əsədov deputatlara xəbərdarlıq edib.
Azvision.az xəbər verir ki, iclasda çıxış üçün 5 dəqiqəlik limitin olduğunu xatırladan spiker deputatlara bunu nəzərə almağı tapışırıb.

"Bilirsiniz ki, çıxış üçün 5 dəqiqə vaxt nəzərdə tutulub. Sözünüz, cümləniz yarımçıq qalanda yaxşı çıxmır. Ona görə də xahiş olunur ki, 5 dəqiqəyə riayət edək”, - deyə spiker vurğulayıb.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis   Oqtay-Əsədov  





Xəbər lenti