FHN: Xətaidə yanğın zamanı 77 nəfər təxliyə olunub
Yanğın zamanı 77 nəfər bina sakini yanğınsöndürənlər və xilasedicilər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Tüstüdən zəhərlənmiş 15 nəfərə Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadası tərəfindən ilkin tibbi yardım göstərilib.
Yanğın saat 03:15 dəqiqədə yanğınsöndürmə qüvvələri tərəfindən söndürülüb. Yanğın tənicəsində binanın ümumi sahəsi 950 m² olan dam örtüyünün yanar konstruksiyaları 112 m² sahədə, mansardında hər birinin sahəsi 64 m² olan 2 mənzilin yanar konstruksiyaları və ev əşyaları ümumilikdə 90 m² sahədə, şaxta boyunca elektrik kabelləri 60 p.m. və 106 ədəd elektrik sayğacı yanıb.Binanın dam örtüyünün, mansardının qalan hissəsi və mənzillər yanğından mühafizə olunub.
Azvision.az