“Maşınım xarab olduğu üçün görüşə helikopterlə getdim” - Komitə sədri

 “Maşınım xarab olduğu üçün görüşə helikopterlə getdim” -    Komitə sədri
  22 Noyabr 2019    Oxunub:9349
"Maşınım xarab olduğu və gec düzələcəyi üçün mən sərhəd zonasında görüşə helikopterlə getdim"

Azvision.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova vətəndaşlarla görüşə helikopterlə getməsi barədə yayılan məlumatlara münasibət bildirərkən deyib.
Komitə sədri bunun üçün hərbçilərə zəng etdiyini vurğulayıb: "Görüş cəbhə bölgəsində idi və məni 30-dan çox insan gözləyirdi. Hərbçilərə zəng etdim. Xahiş etdim ki, reys varsa, məni də özləri ilə aparsınlar. Mən ora hərbi helikopterlə getmişəm. Bu təhlükəli gediş idi. Cəbhə zonasında görüş idi və hər şey ola bilərdi. Qısa müddətdə ora çatdım, 50-dən çox qadını qəbul etdim. Bizim komitə ən aşağı büdcəli qurumdur. Mən ora nə kefə getmişdim, nə də kurorta".

Aytən Zəhra
Azvision.az


Teqlər: Hicran-Hüseynova  





Xəbər lenti