“Gömrükdə aparılan islahatlar öz nəticəsini verir” - DGK-nın sədr müavini

  28 Noyabr 2019    Oxunub : 1276
“Gömrükdə aparılan islahatlar öz nəticəsini verir” - DGK-nın sədr müavini
"Ölkəmizdə aparılan uğurlu iqtisadi islahatlar öz nəticəsini verir. Gömrük orqanlarında da bu islahatlar aparılır".
Azvision.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsi (DGK) sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov "Gömrük sistemində aparılan islahatlar: nəticələr, perspektivlər" mövzusunda keçirilən təlimin açılışında deyib.

DGK-nın sədr müavini bildirib ki, media aparılan islahatlarda daim komitənin yanında olub: "Gömrük sistemində aparılan yeniliklərin cəmiyyətə çatdırılmasında medianın rolu danılmazdır".

Anar Kəlbiyev
Azvision.az

Teqlər: DGK   Gömrük