Yevda Abramov dəfn olunub - FOTO (Yenilənib)

 Yevda Abramov dəfn olunub -  FOTO (Yenilənib)
  08 Dekabr 2019    Oxunub:8713
Milli Məclisin mərhum deputatı Yevda Abramovla vida mərasimi başa çatıb.
Azvision.az xəbər verir ki, Quba Rayon Mədəniyyət Mərkəzində keçirilən mərasimdə mərhumun ailə üzvləri, yaxınları, Milli Məclisin deputatları, hökumət təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Vida mərasimindən sonra Yevda Abramovun cənazəsi Qırmızı qəsəbədə yerləşən qəbiristanlıqda torpağa tapşırılıb.

Qeyd edək ki, dekabrın 6-da uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkən 71 yaşlı Yevda Abramov müalicə aldığı Mərkəzi Klinik Xəstəxanada dünyasını dəyişib.







Azvision.az


Teqlər: Yevda-Abramov  





Xəbər lenti